haberL haberR
"48 saat içində cihada hazır olun."

İslamazeri.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, İraqın Şiə lideri Müqtəda əs-Sədr Samirə şəhərinin şiə əsgərlərinə 48 saat içində döyüşə hazır olma əmrini verib. 

Sədrin ofisindən verilən məlumatda , "ortaya çıxan vəziyyətə görə Samirədəki əsgərlərin döyüşə hazır vəziyyətə gəlməsi lazımdır"- qeyd edilib. 
Hərəkat rəhbərinin səlahiyyətli nümayəndəsi Əbu Dua İsavinin verdiyi açıqlamada belə yazılıb :

"Müqəddəs Samirə şəhərində terrorist və təkfirçilərə görə ortaya çıxan təhlükəli vəziyyəti göz önünə gətirərək, Müqtəda əs-Sədr "Səraye əl-İslam" əsgərlərinin 48 saat içərisində hazır vəziyyətə gələrək, cihad təlimatını gözləməklərini istəyib."

İŞİD son günlərdə Samirə şəhəri yaxınlığına hücumlarını aktivləşdirib. 

Xatırladaq ki, Samirə şəhərində İmam Əliyyən Nəqi (ə)İmam Həsən-Əskəri (ə)-nin türbələri yerləşir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.