haberL haberR

Müqtəda Sədr: "Amerika İraqı xilas etmək üçün gəlməyib"

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.01.2015 15:22:38

Müqtəda Sədr Amerikanın terrorçu qrupların dəstəkçisi olduğunu və İraq xalqının qurtuluşu üçün gəlmədiyini söylədi.

İslamazeri.az-ın verdiyi xəbərə görə, Müqtəda Sədr Cümə günü etdiyi çıxışda, "Amerikanın heç vaxt İraq xalqının və ya digər bir xalqın xilaskarı olmadığını və Amerikanın baş kəsən terrorçulara hərbi yardım göndərməklə dəstək verdiyini" bildirib.

Sədr hərəkatının lideri Amerikanın öz təyyarələri terrorçuların köməyinə qaçmaqda olduğunu və çox nadir olaraq terrorçu nöqtələrini bombaladığını açıqlayıb.

Həmçinin, Sədr bildirib ki, terrorçular İraq və Suriyada fəaliyyətlərini artırıb və digər ərəb ölkələrinə qədər gedib çıxıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.