haberL haberR

Müqtəda Sədr BƏƏ-ni Yəməndən çıxmağa çağırdı

Kateqoriya: Siyasət Yayımlama tarixi: 11.09.2015 15:47:16

"Sülh üçün geri çəkilən ilk ölkə olsunlar ki, bu yolla vəhdət ərəb ölkələrinə yenidən qayıtsın."

İslamazeri.az-ın “Alalam”-a istinadən verdiyi xəbərə əsasən, Müqtəda Sədr bu barədə belə bildirib: “BƏƏ əsgərləri Fələstinin işğal olunmuş əraziləri uğrunda ölsəydilər, islamı və ərəbləri əlaqələndirən bir məsələdə həyatlarını itirdikləri üçün şəhid adlana bilərdilər. Təəssüf olsun ki, müstəmləkəçilik bizə hakim olub. Belə ki, Yəmənə qarşı olunan hücumlar müsbət, uşaqlarını öldürmək və onları ac saxlamaq isə vacib iş kimi xarakterizə olundu. Bu qardaş ölkəyə (BƏƏ) tövsiyyəm budur ki, Allah və millətlər qarşısında məsuliyyətli olsunlar və təcili olaraq qüvvələrini Yəməndən çıxarsınlar. Sülh üçün geri çəkilən ilk ölkə olsunlar ki, bu yolla vəhdət ərəb ölkələrinə yenidən qayıtsın. Ərəblərin zalımı dəstəkləməsi bəsdir. Gərək millətlərin qanuni haqlarını, kasıb və məzlumlarını dəstəkləsinlər.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.