haberL haberR

Müqtəda Sədr iraqlıların ABŞ-da yaratdığı təşkilatı hədəfə aldı

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.12.2015 13:37:31

İraqın “Sədr” hərəkatının lideri ABŞ-da yaranan qrup barədə xəbərdarlıq edib

İslamazeri.az-ın “Sumariyyə” portalına istinadən verdiyi xəbərə əsasən, İraqın “Sədr” hərəkatının lideri  Müqtəda Sədr dünən yaydığı bəyənatda bildirib: “Xəmis Xəncər adlı biri və İraqın bir neçə tanınmış şəxsiyyəti Amerikada yeni qrup yaradıblar. Onlar guya İraq sünnülərinin problemlərinə məlhəm olma iddiasındadırlar."

"Sədr" lideri İraqda axtarışda olan Xəmis Xəncərin terrorçuluqda ittiham olunduğunu qeyd edərək "Xəncərin özü terrorizmdə ittiham olunur və dövlətin axtarışdındadır. Xəncər kimilər yalnız öz nümayəndələridirlər. Bu iddialar ABŞ-a bağlı olan qrupun yaradılmasına bəhanədir. Onlar ölkənin mənafeyini düşünmürlər. Xəncər bu qrupun ofisini Vaşinqtonda açarsa, xain olması sübut olunacaqdır. ABŞ İraqı viran etmiş və bəşəriyyətin düşmənidir.” deyə danışıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.