haberL haberR

Mursi tərəfdarlarına da, ordu qüvvələrinə də eyni silahlardan atəş açılıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 11.12.2014 13:41:16 1953 dəfə oxunub.

Misirdə dövlət çevrilişi nəticəsində vəzifəsindən uzaqlaşdırılan keçmiş prezident Məhəmməd Mursi və 14 şübhəlinin mühakimə olunduğu,”İttihadyyə” hadisələri işinin araşdırılması dəvam edir

İslamazeri.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, məhkəmə prossesində alınan ifadələrə görə,paytaxt Qahirədə Polis Akademiyasınin iclasında hakim Ala Aləməddin deyib ki, Mursinin tərəfdarlarıni və əleyhdarlarını öldürən güllə eyni silahdan çıxıb.

Hakim Aləməddin iddialara əsas olaraq,  "Sələfi Nur  Partiyası"nın sədri Yunus Mahyunun müsahibəsini əlində bayraq tutub.

Qeyd edək ki, Y.Mahyu o vaxt televeziyaların birində verdiyi  müsahibəsində belə deyib: "İsrail başda olmaqla, xüsusi orqanların köməyi ilə hadisələrin baş verdiyi bölgələrdən hər bir məlumatı alırıq."

Daha sonra Hürriyyət və Ədalət partiyasının baş katibi Məhəmməd əl-Biltacın müdafiəsini dinləmək üçün məhkəmə iclası 16 dekabr tarixinə keçiriləcəyi planlaşdırılıb.

Nəzərinizə çatdiraq ki, Mursi və onunla saxlanılan 14 nəfər ilk dəfə 4 noyabr 2013-ci ildə hakim qarşısına çıxmışdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.