Müsavatın rayon təşkilatının sədr müavini partiyadan istefa verib

Müsavatın Yasamal rayon təşkilatının sədr müavini Mahir İsmayılov partiya sıralarından istefa verib.
"Report"un xəbərinə görə, o, istefasını Müsavat Partiyasının hazırki başqanı Arif Hacılının yürütdüyü siyasətlə əlaqələndirib: "Müsavat Partiyasının 8-ci qurultayına qədər aktiv siyasi fəaliyyətlə məşğul olmuşam, partiyanın bütün tapşırıqlarını yerinə yetirmişəm. Partiyanın yeni seçilmiş başqanı Arif Hacılının ətrafına bir qrup siyasətdən bixəbər adamları cəmləməsi, kifayət qədər tanınmış və siyasi çəkisi olan insanları - Qubad İbadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada Məmmədlini, Adil Qeybullanı və bu kimi şəxsləri partiyadan uzaqlaşdıraraq dərnək səviyyəli bir təşkilat formalaşdırması partiyanın gələcəyi ilə bağlı bütün ümidlərimi alt-üst etdi. Artıq bu cür siyasi oyunbazların yanında qalmaq onların dəyirmanına su tökmək anlamına gəldiyi üçün partiya sıralarından istefa verirəm. Bundan sonrakı siyasətimi isə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sıralarında davam etdirəcəyəm".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.