“Müsəlman Birliyi Hərəkatı“: "Bu Ayətullah Həmədaniyə qarşı hörmətsizlikdir"
Kateqoriya: Ölkə
Yayımlama tarixi: 04.09.2015 06:51:51
3908 dəfə oxunub.

İslamazeri.az-ın "Azad Xəbər"ə istinadən verdiyi xəbərə görə, “ Müsəlman Birliyi Hərəkatı “ AİP-in Biləsuvar rayonunun komitə sədri Ağabala Qasımov, komitə üzvləri Elvin Məmmədov, eləcə də Yusif Mailovun həbsilə bağlı bəyanat yayıb.
Bəyənatda deyilir: "Biləsuvar şəhərinin mərkəzində yerləşən Cümə məscidində azan verilməsinin qarşısının alınmasına etiraz edən yerli inanclılar barəsində məhkəmə heç bir dəlil sübut olmadan həbs qərarı çıxarıb.
Məhkəmənin sonuncu iclasında AİP-in Biləsuvar rayonunun komitə sədri Ağabala Qasımov, komitə üzvləri Elvin Məmmədov, eləcə də Yusif Mailov qanunsuz olaraq 2 və 3 il müddətində azadlıqdan məhrum ediliblər.
Bu həbs qərarı növbəti dəfə yaşadığımız ölkədə qanunların mövcud rejim tərəfindən tapdalandığını, insan haqlarına riayət olunmadığını, inanclı kəsimin təqibə və təzyiqə məruz qaldığını, mili, dini dəyərləri yaşatmaq istəyən şəxslərə qarşı qərəzin olduğunu göstərməkdədir.
Bütün bunlarla yanaşı adı çəkilən inanclı insanlara qanunsuz hökmün oxunması dünya müsəlmanlarının nüfuzlu alimlərindən olan Mərceyi-təqlid Ayətullah Nuri Həmədaninin Azərbaycanda səfərdə olduğu müddətdə baş verməsi, “məsumluq” cildinə girmiş hakimiyyətin iç üzünün açılmasını nümayiş etdirir, onun bəd niyyətindən, İslama və müsəlmanlara qarşı qərəzinin olmasından xəbər verir.
Biz “ Müsəlman Birliyi Hərəkatı “ olaraq bu həbslərin, ölkəmizdə səfərdə olan Ayətullah Nuri Həmədaniyə qarşı hörmətsizlik olduğunu, hakimiyyətin böyük İslam aliminin ölkəmizə səfərindən öz iyrənc məqsədlərini həyata keçirmək üçün istifadə etdiyini və bu yolla özlərini İslama dost göstərmək istədiklərini, lakin İslamafob hərəkətləri ilə niyyətlərinin faş olunduğunu ictimaiyyətin nəzərinə çatdırırıq.
Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan inanclısı ictimai-siyasi məsələlərə nüfuz etmək gücünə malikdir. Bu səbəbdən də Azərbaycanın mövcud hakimiyyətini ölkə inanclısına qarşı represiv davranışa son qoymağa, dost kimi görüntü yaradıb düşmən kimi davranmamağa və potensial gücünü xalqın mənəvi, pak insanlarına qarşı deyil, cinayətkarlara, xalqın sərvətini mənimsəyənlərə, Azərbaycanımızın torpaqlarını işğal edən ermənilərə qarşı sərf etməyə çağırırıq."
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.