haberL haberR

Müsəlman ölkələrinin liderləri Moskvada toplanacaq

Kateqoriya: İslam Yayımlama tarixi: 28.07.2015 17:58:41

Moskva şəhərində məscidin açılışına müsəlman ölkələrinin liderləri dəvət edilib

İslamazeri.az-ın “izvestia”-ya istinadən verdiyi xəbərə görə, müsləman ölkələrinin liderləri sentyabr ayında Moskva şəhərinə gələcəklər.

Səbəb isə Rusiyanın paytaxtı Moskva şəhərinin  Sülh prsopektində inşa edilməkdə olan cümə məscidinin açılışında iştirak etmək olacaq. Məscidin açılışına Fələstin, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Özbəkistan,Tacikistan, İran və digər müsəlman ölkələrinin liderləri dəvət edilib.

Məlumata əsasən, məscidin təntənəli açılışı sentyabr ayının ikinci yarısına və yaxud 23-də keçirilməsi nəzərdə tutulur. Rusiya Müftilər Şurasından bildiriblər ki, Moskva cümə məscidinin açılışı qurban bayramı ərəfəsində keçiriləcək.

Tədbirdə iştirak etmək üçün dəvət olunan nümayəndələrdən ABŞ, Türkiyə , Hindistan, Çad, Sudan, Liviya İraq üzvlər öz iştiraklarını təsdiq ediblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.