haberL haberR

Müsəlman qəbiristanlığı sökülüb yerində yəhudi oteli tikiləcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 14.07.2015 14:02:56 3574 dəfə oxunub.

Tarixi müsəlman qəbiristanlığı dağıdılacaq

İslamazeri.az "Haaretz" qəzetinə istinadən xəbər verir ki,  Qüds bələdiyyəsinin tarixi müsəlman qəbiristanlığının dağıdılaraq yerində yəhudilərə məxsus yaşayış yerləri və otelin inşa edilməsi planını təsdiq etdiyi bildirilib.


Qüds bələdiyyəsinə bağlı İsrail Planlaşdırma və Tikinti Komitəsi müsəlmanların əsrlərdir ki, qəbiristanlıq kimi istifadə etdiyi sahəyə 192 mənzil, 480 otaqlı otel və ticarət mərkəzi inşa edilməsi qərarına razılıq verib. İsrail rejimi Tarixi Əsərlər İdarəsinin ərazidə axtarış apardığı 6 nöqtənin 5-də qəbirlərin və böyük heykəllərin izinə rast gəldiyi qeyd edilib. Üzərində yaşayış məntəqəsi tikiləcək sözügedən qəbiristanlıq illər öncə böyük etirazlara baxmayaraq İsrail rejiminin dağıtdıqdan sonra muzey etdiyi Məmanallah qəbiristanlığının yaxınlığında yerləşir. Əl-Əqsa Vəqf və Mədəniyyət İrsi Qurumundan edilən yazılı açıqlamada, Qüds bələdiyyəsinin bu layihəylə Məmanallah qəbiristanlığını yəhudiləşdirmə addımlarını başa vurmağı qarşısına məqsəd qoyduğunu qeyd edilərək, "Müsəlman qəbiristanlığı işğalçıların İslam tarixi və mədəniyyətini yox etmək cəhdlərinə baxmayaraq yenə də qəbiristanlıq olaraq qalacaq" ifadələrinə yer verilib.

Qurumdan daha əvvəl edilən açıqlamada, Məmanallah qəbiristanlığı bölgəsində aparılan qazıntıların 1948-ci ildə 200 min kvadrat metrə çatan sahənin böyük bir qisminin dağıdılmasına səbəb olduğu bildirilmişdi. Açıqlamada ətrafında bir çox səhabələrinin, şəhidlərin və din xadimlərinin məzarlarının olduğu qəbiristanlığın böyük bir qisminin İslam mədəniyyətinin izlərini silmək məqsədilə İsrail rejimi tərəfindən park və konsert sahəsinə çevrildiyi qeyd edilmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.