haberL haberR

Müsəlman xanım öz peşəsi ilə insanları təəccübləndirir

Kateqoriya: Həyat Yayımlama tarixi: 27.07.2016 10:14:28

Müsəlman xanım diş həkimi olsada, özünə maraqlı məşğuliyyət də tapıb

İslamazeri.az-ın "Əl Ərəbiyə"yə istinadən verdiyi xəbərə görə, misirli müsəlman xanım Manar Sərxan ixtisasca diş həkimidir və hər gün öz kabinetində xəstələrini qəbul edir, lakin bununla yanaşı o özünə qeyri adi bir məşğuliyyət də seçib. Onun bu məşğuliyyəti misirlilərdə təəccüb hissi doğurur.

 27 yaşlı xanım Sərxan hər gün iş saatından sonra evə geri dönərək öz ikinci işinin başına keçir. Misirli müsəlman xanım futbol şərhçisidir.
 "Mən stomatologiyanı karyera kimi ağlım ilə seçmişəm, lakin futbol - mənim üçün eşq və hobbidir.”, – Sərxan bildirib.
 Xanım futbol sahəsində artıq əsl mütəxəssisdir və asanlıqla matç zamanı baş verənləri analiz edir, həmçinin o mükəmməl şəkildə Avropa futbolundan da baş çıxara bilir. Onun sözlərinə görə, Misir televiziyasında əsl şərhçi kimi işləyə bilmək üçün, o, bu idman növünün bütün incəliklərini mənimsəyib, axı nə də olsa, hətta Qərb ölkələrində belə, futbol şərhçilərinin böyük əksəriyyətini kişilər təşkil edir, Misir üçün isə qadın-şərhçi görülməyən bir hadisədir.
 “İlk öncə məni ələ salırdılar. Mənə “qadınların yeri mətbəxdir” deyirdilər.”, – Manar anıb.
  Lakin indi onun “Twitter”-də olan izləyicilərinin sayı tam əksini göstərir – minlərlə futbol həvəskarına gənc müsəlman xanımın bu idman növündən baş verənlərə bildirdiyi fikir maraqlıdır.

Müsəlman xanım öz peşəsi ilə insanları təəccübləndirir

/haberimaj/habergaleri/7H4T6C7F6P3T.JPG
  1. Müsəlman xanım öz peşəsi ilə insanları təəccübləndirir

  2. Müsəlman xanım öz peşəsi ilə insanları təəccübləndirir

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.