haberL haberR

Müsəlmanlar üçün yeni sosial şəbəkə hazırlanır

Kateqoriya: İslam Yayımlama tarixi: 25.02.2015 14:48:50

İslam qaydaları tələblərinə uyğun yeni sosial şəbəkə istifadəyə veriləcək

İslamazeri.az-ın “islamnews.ru”-ya istinadən verdiyi xəbərə görə, müsəlmanlar üçün nəzərdə tutulan yeni beynəlxalq sosial şəbəkənin yaxın həftələrdə  istifadəyə veriləcəyi bildirilir. Yeni yaradılan “Muslimface” sosial şəbəkəsi digər sosial şəbəkələrdən əsas fərqi islam dəyərləri və qaydalarına uyğun məlumatların yerləşdirilməsi ilə fərqlənəcək. Müsəlman  iş adamları tərəfindən hazırlanan sosial şəbəkə bir neçə dilə, o cümlədən ərəb, ingilis, türk, fars, urdu və digər dillərə tərcümə ediləcək.

Lahiyə artıq Britaniya ərazisində "Muslimface Limited" adı ilə qeydiyyatdan keçib.

Qeyd edək ki, yeni sosial şəbəkədə inanclıların təhqirinə və etik normalara cavab verməyən məlumatların paylaşmasına qadağa qoyulacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.