Müştərilərə uçan cihazlar xidmət göstərəcək
Kateqoriya: Texnologiya
Yayımlama tarixi: 09.02.2015 19:27:42

Sinqapurda restoranlar şəbəkəsi ofisiantları pilotsuz təyyarələrlə əvəzləyib. Uçan dronlar müştərilərin masalarına içki və qida gətirir.
İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, “Timbre” ölkədə ilk ictimai iaşə mərkəzidir və sifarişlərin qəbulunu sürətləndirmək üçün masalar “iPad” planşetləri ilə təchiz edilib. İndi restoran sahibləri ofisiantların işini pilotsuz qurğulara həvalə ediblər.
Restoranı idarə edən izah edib ki, ölkənin yeni xarici siyasəti ucbatından işçi heyətlə bağlı problem yaranıb. Ofisiantlar həvəssiz işləyir. Nəticə kimi ziyarətçilərə göstərilən xidmətin keyfiyyəti aşağı düşüb.
Nəticədə pilotsuz uçuş aparatlarının yaradılması ilə məşğul olan yerli “Infinium-Serve” startap firması toqquşmaların qarşısının alınması sistemini hazırlayıb və tətbiq edib. İndi dronlar ofisiantların marşrutu ilə hərəkət edərək müştərilərə xidmət göstərir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.