haberL haberR

Naftalan və Daşkəsəndə yol-nəqliyyat hadisələri baş verib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 24.11.2015 13:36:22

Naftalan və Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

DİN-in saytından verilən məlumata görə, noyabrın 23-də saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı kəndində şəhər sakini Şamil Şirinovun idarə etdiyi “VAZ-21213” markalı avtomobillə Tərtər rayon sakini Elbrus Behbudovun idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “M” markalı motosiklet toqquşub. Nəticədə E.Behbudov və sərnişini, Goranboy rayon sakini Mahmud Əzizov xəstəxanaya yerləşdirilib. M.Əzizov orada ölüb.

 Noyabrın 23-də saat 22 radələrində Daşkəsən rayonunun Quşçu qəsəbəsində rayon sakini Arzu İsmayılov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə o, hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

/APA

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.