Naməlum şəxs tərəfindən bıçaqlandı

İslamazeri.az apa-ya istinadən xəbər verir ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxs Qobustanın "Yeni massiv" adlanan ərazisində 35 yaşlı Kərimov Səbuhi Rəhimxan oğlunu bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan Səbuhi Kərimov ətrafdan keçən şəxslər tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, xeyli qan itirdiyindən və vəziyyəti ağır olduğundan təxirə salınmadan əməliyyat olunub. Həkimlər bir neçə saatlıq ağır əməliyyatdan sonra yaralının həyatını xilas edə biliblər. Xəstəxanadan verilən məlumata görə, Səbuhi Kərimovun vəziyyəti ağır olaraq qalır.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən faktı təsdiqləyiblər. Bölmədən bildirilib ki, Kərimov Səbuhi Rəhimxan oğlunu bıçaqlayan şəxs hələlik müəyyən edilməyib. Yaralının vəziyyəti ağır olduğundan, onun ifadəsini almaq mümkün olmayıb.
Cinayətin üstünün açılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.