haberL haberR

Nardaran hadisələri zamanı həbs edilənlərdən birinə hökm oxundu: 2 il 6 ay

Kateqoriya: Ölkə Yayımlama tarixi: 12.05.2016 16:38:46

Nardaran hadisələri zamanı silah saxlama ittihamı ilə həbs olunan Babayev Mötəbərə hökm oxunub

Bu haqda İslamazeri.az-a Sabirabad inanclılarından məlumat verilib.

Məlumata görə, Nardaran hadisələri zamanı saxlanılan Sabirabad sakini Babayev Mötəbərin Sabirabad Rayon Məhkəməsinində  işinə baxılıb.

O, ACM-nin 228.1-ci maddəsilə saxlanılmış və bu ittihamlarla məhkəməyə çıxarılıb. 

Prosesdə hakim Mikayil Qarayev ona 2 il 6 ay həbs cəzası oxuyub.

Yaxınlarının məlumatına görə, Babayevin vəkili apellyasiya şikayəti verib.

Qeyd edək ki, Babayev Mötəbər ötən ilin noyabr ayının 30-da Nardaran hadisələri zamanı keçirilən əməliyyat zamanı saxlanılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.