"Nardaran işi"nin növbəti məhkəməsi keçirilib

İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məxfi şöbəsinin rəisi Elman Bayramov şahid və zərərçəkmiş kimi ifadə verib. Bildirib ki, hadisə günü idarədə Kərim Əlimərdanovun rəhbərliyi ilə iclas keçirilib və orada əməliyyat keçirilməsinə qərar verilib. O, hadisə vaxtı saxlanılan şəxslərə qarşı təzyiq olmadığını, Tale Bağırzadənin özünün tutduğunu, onun müqavimət göstərmədiyini deyib.
E. Bayramov hər hansı zərər çəkmədiyini də bildirib. Taleh Bağırzadə də həmin şəxs tərəfindən təzyiqə məruz qalmadığını deyib. Bildirib ki, hakimiyyəti çıxışlarında tənqid edib: "Öz hüququmdan istifadə edib tənqid etmişəm. Deyirsiniz, Tale Nardaranda gizlənmişdi. Mən gizlənsəydim, hər gün məsciddə çıxış etməzdim".
Məhkəmədə çıxış edən təqsirləndirilən Rasim Cəbrayılov və Abbas Quliyev isə Elman Bayramovun onlara işgəncə verdiyini deyib. Məhkəmə fasilədən sonra davam edəcək.
2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.
T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.(meydan.tv)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.