Nardaranda əməliyyat: 2 nəfər saxlanıldı

Sabunçu rayonunun Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti dəfə əməliyyat keçirilib.
Trend-ə hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəsəbədə iki mənzildən xeyli sayda silah tutulub.
Əməliyyat Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi, Çevik Polis Alayı, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi, Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Polisin bildirdiyinə görə, əməliyyat zamanı Nardaran qəsəbə sakini, 1998-ci il təvəllüdlü Hümbətov Balaəli Tasim oğlunun yaşadığı evin zirzəmisindən 2 ədəd 16 aklibir patron və 1 ədəd ov bıçağı, qəsəbə sakini, 1966-cı il təvəllüdlü Bünyatov Sərdar Zeynalabdin oğlunun yaşadığı evin həyətindən isə 36 ədəd tapança patronu aşkar edilib.
Faktla bağlı iki nəfərin saxlanıldığı deyilir.
Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və hazırda əməliyyatın davam etdirildiyi bildirilib.
Məlumata görə, hazırda Sabunçu rayonunun hüquq-mühafizə orqanlarının rəhbər işçiləri Nardaran qəsəbəsindədir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.