haberL haberR

Nardaranda etiraz aksiyası keçirilib (Foto)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 28.05.2015 12:36:19

Bakının Nardaran kəndində etiraz aksiyası keçirilib

İslamazeri.az-ın "Nardaranpiri.com" saytına istinadən verdiyi xəbərə görə, dünən Bakının Nardaran qəsəbəsində Səud rejiminə etiraz məqsədilə aksiya keçirilb.

Aksiyada çıxış edənlər İslam dünyasında baş verən mühüm hadisələr, o cümlədən Səudiyyə və onunla həmrəy olan bir neçə dövlətin Yəmən xalqınına qarşı işlədikləri cinayətləri tənqid ediblər.

Aksiyada həmçinin bəyanat qəbul edilib. Bəyanatda Səudiyyə Ərəbistanının ABŞ və bəzi ərəb dövlətlərinin dəstəyi ilə Yəmənə qarşı həyata keçirdiyi geniş hücumlar nəticəsində indiyədək minlərlə dinc sakinin həlak olması və yaralanması diqqətə çatdırılıb. Bəyanatın mətnində həmçinin  Yəmənə edilən hücum nəticəsində bu ölkənin iqtisadi infrastrukturunun, tarixi, dini abidələrinin, məktəb və xəstəxanalarının dağıdılması ümumdünya konvensiyalarına əsasən hərbi cinayət olduğu qeyd edilib  və bu cinayətin  beynəlxalq ictimaiyyət tərəfindən pislənməsinin vacib olduğu önə çəkilib.

Bəyanatın davamında deyilir: "...Səudiyyə Ərəbistanı da BMT-yə üzv dövlət kimi BMT Nizamnaməsinin müddəalarına və digər beynəlxalq qanunlara, o cümlədən ölkələrə qarşı güc tətbiq edilməməsi, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması, xalqların öz müqəddəratını təyin etmə hüququ kimi prinsiplərə sadiq qalmalıdır. İslam Əməkdaşlıq Təşkilatı öz nizamnaməsində üzv ölkələrin hüquqlarına dəstək barədəki öhdəliklərinə əməl etməli və təcavüzkarlara qarşı cəzalandırıcı, siyasi tədbirlər həyata keçirməlidirlər.
 Eyni zamanda, Ərəbistanın nüfuzlu din alimlərindən olan Ayətullah Şeyx Baqir Nimr haqqında verilən edam qərarı əleyhinə etiraz aksiyaları dünyanın bir çox ölkəsində, hətta Ərəbistanın daxilində də geniş miqyas almışdır. Bundan əvvəl də bir neçə dəfə Səudiyyə rejimi tərəfindən həbs olunan və bir çox işgəncə görən Ayətullah Nimr yalnız şiələrə qarşı ikinci dərəcəli vətəndaş kimi rəftara etiraz etdiyi üçün Səudiyyə qüvvələrinin vəhşi silahlı hücumuna uğramış, yaralı şəkildə həbs olunmuş və edam cəzasına məhkum edilmişdi.
 Dini təqlid mərcəiləri və dini liderlər də müxtəlif bəyanatlar verərək, Səudiyyə Ərəbistanı rəhbərliyindən bu edam qərarından imtina etməsini və Şeyx Nimri sərbəst buraxmasını istəmişlər.
 Nardaran camaatı da bütün sülhsevər və ədalət axtaranlarla yanaşı bu haqsızlıqlara etiraz edir, Yəmən xalqının yanında olduqlarını bəyan edərək, bütün qanunsuzluqlara son verilməsini, eyni zamanda Ayətullah Şeyx Baqir Nimr haqqında verilən edam qərarının tez bir zamanda ləğv edilərək, dəyərli İslam aliminin azadlığa buraxılmasını tələb edir.”

Nardaranda etiraz aksiyası keçirilib (Foto)

/haberimaj/habergaleri/0S7E9O0Q9B6E.JPG
  1. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  2. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  3. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  4. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  5. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  6. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  7. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  8. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  9. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  10. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  11. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

  12. Nardaranda etiraz aksiyası keçirilib (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.