haberL haberR

Narkotik satan şəxslər hazırda da polis əməkdaşıdır

Kateqoriya: Kriminal Yayımlama tarixi: 07.10.2015 17:35:06

Onların Zaqatala rayon polis şöbəsində işlədiyi bildirilir

Dünən APA agentliyi Zaqatalada Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Nəsib Nəsibovun məsuliyyətə cəlb olunduğu haqqında xəbər yaymışdı. Məlumatda bildirilirdi ki, polis əməkdaşı vəzifə səlahiyyətlərini aşmaqda  şübhəli bilinərək, daxili işlər orqanlarından xaric edilməklə həmin fakt üzrə başlanmış cinayət işi ilə əlaqədar istintaqa cəlb olunub. Həmçinin bildirilirdi ki, rayon Polis Şöbəsinin daha bir əməkdaşı, polis serjantı Elman Məmmədov da vəzifə səlahiyyətlərini aşdığı üçün ciddi töhmət alıb.

Bir neçə saat sonra APA Daxili İşlər Nazirliyinə istinadən daha bir xəbər yaydı. İkinci məlumatda Nəsib Nəsibov artıq "keçmiş polis nəfəri" kimi təqdim olunub: "Daxil olmuş məlumat əsasında Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb".

Bu gün "Basta"ya hadisənin təfərrüatları haqda bəzi bilgilər daxil olub. Mənbə bildirir ki, Süleyman Süleymanov adlı narkotik istifadəçisi saxlanıldıqdan sonra adları çəkilən polis əməkdaşları ilə cinayət ortağı olduğu haqda ifadə verib. Əməliyyatçılar saxlanılan şəxsin özünün köməyi ilə yeni əməliyyat qurublar. Nəsib Nəsibovun və Elman Məmmədovun narkotik istifadəçisinə yenidən narkotik satarkən cinayət başında yaxalandıqları bildirilir. (basta)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.