haberL haberR

Narkotiklə tutulan qız bunu imkansızlıqdan etdiyini bildirdi (Video)

Kateqoriya: Kriminal Yayımlama tarixi: 13.10.2015 18:13:08

Ondan 3 kilo 25 qram marixuana aşkarlanıb

Qaradağ rayon polis idarəsinin 38-ci polis polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini, 20 yaşlı Mehriban Baxşeyş qızı Hüseynova şübhəli şəxs qismində saxlanılıb. 

İslamazeri.az Region TV-yə istinadən xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman əlindəki torbadan 3 kilo 25 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. 

Araşdırma zamanı Mehriban Hüseynovanın narkotik vasitəni Tovuz rayonunda yol kənarından yığdığı məlum olub.

Saxlanılan şəxs ifadəsində bu yola müalicəsi üçün əl atdığını bildirib: 

"Müalicəm üçün pul lazım idi, mən də qız rəfiqəm ilə Bakıya gəldim. Yolda rəfiqəmə hər şeyi danışdım. Qız da dedi ki, problem yoxdur, mənim tanışım var, ona deyim, səndəki malı sat ona. Malı o adama 3500 manata satmaq istəyirdim. Kafedə çay içib, aşağı düşəndə polislər məni tutdu".

Fakltla bağlı Qaradağ rayon polis idarəsində cinayət işi başlanıb. Hazırda cinayətdə iştirak edən digər şəxslərin axtarışları davam edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.