haberL haberR
REAL hərəkatının icra katibi Natiq Cəfərli axşam saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə N. Cəfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, REAL-ın icra katibi qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunur.
N. Cəfərli dünən Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə dəvət edilib. Ardınca məhkəməyə gətirilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.