haberL haberR

Natiq Kərimov: Hələ də həbs edilənlərin sayını öyrənə bilmirik

Kateqoriya: Münasibət Yayımlama tarixi: 14.12.2015 18:51:31

"Əvvəllər hüquq müdafiəçiləri belə halları dəqiqləşdirə bilirdilər, indi onlar da yoxdur"

Nardaran əhalisini daha çox həbs edilənlər barədə məlumatsızlıq narahat edir.

Bu haqda "Turan İA"a kənd ağsaqqalı Natiq Kərimov bildirib.

Onun sözlərinə görə, dekabrın 1-dən bu yana kənddə davam edən həbslər, nə qədər sakinin inizbati cəza alması,  nə qədər insanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı  infrormasiya verilmir. “Bu günə qədər də məlum deyil ki, saxlanılanların sayı neçə nəfərdir, əvvəllər hüquq müdafiəçiləri belə halları dəqiqləşdirə bilirdilər, indi onlar da yox, odur ki, indi bu barədə yeganə mənbə jurnalistlərin yazdıqlarıdır”, -  kənd ağsaqqalı bildirib

Kəndə elektrik enerjisinin verildiyini deyən N.Kərimov pulsuzluq səbəbindən ancaq kəndin yarısının elektrik enerjisindən istifadə etdiyini söyləyib. Kənd ağsaqqalı qaz xətlərinə baxışların başa çatdığını, amma qazın verilmədiyini nəzərə çatdırıb.

Kənddəki polis qüvvələrinin“ əhaliyə “Nardaran Pir“inə gedişə icazə verilmədyini qeyd edib, həm də kəndin giriş-çıxışlarındakı blok-postlararın götürülmədiyini söyləyib. “İndi də yol polisi Nardaranda etibarnamə müddəti qurtaran, kənddən çıxa bilmədikləri üçün  müddəti yeniləyə bilməyən maşınları saxlayır, adam avtomobillə kənddən kənara çıxa bilmir, buna nə etibarnamə lazımdır, bir də etibarnaməni harada uzatsın?”, -  N.Kərimov vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.