haberL haberR

NATO: hərbçilərin istefaları və həbsləri Türkiyə ordusunu zəiflətməyib

Kateqoriya: Region Yayımlama tarixi: 21.07.2016 15:06:30

NATO baş-katibi Yens Stoltenberq hesab edir ki, Türkiyədə çevrilişə cəhdən sonra başlamış istefalar və həbslər, ölkənin silahlı qüvvələrini zəiflətməyib.

İslamazeri.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Stoltenberq bildirib: "Türkiyənin çoxsaylı silahlı qüvvələri, professional silahlı qüvvələri var. Mən əminəm ki, onlar NATO-nun sadig və güclü müttəfiqi kimi fəaliyyət göstərməyə davam edəcəklər."

Bununlar belə NATO baş-katibi qeyd edib ki, Türkiyə çevriliş cəhdinə reaksiyası proporsional olmalıdır və alyansın dəyərləri ilə düz gəlməlidir.

“Bizim hamımız üçün Türkiyənin NATO-nun güclü müttəfiqi kimi qalmağa davam etməsi mühümdür, çünki o, bizim İraq və Suriyada müşahidə etdiyimiz bütün qeyri-sabitliyin, bütün zorakılığın sərhəddində yerləşir.” – o qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.