haberL haberR

Naxçıvandan Bakıya gəlmək çətinləşdi - Açıqlama

Kateqoriya: Ölkə Yayımlama tarixi: 29.08.2016 15:55:50

Naxçıvan Muxtar Respubllikasından Bakıya gəlmək olduqca çətinləşib

Naxçıvan sakinlərinin bizimyol.info-ya verdiyi məlumata görə, Muxtar respublikadan Bakıya gəlmək üçün bilet tapılmır. Hal-hazırda sentyabr ayının 15-ə kimi bütün biletlər satılıb. Sakinlərin bildirdiyinə görə, hər gün səhər saat 8-dən etibarən bütün aviakassaların qabağında növbə gözləyən onlarla insan bilet almadan evinə dönür. Bir gündə 4-dəfə Bakı-Naxçıvan reysi olsa da, bu hazırkı vəziyyət üçün kifayət etmir.

Məsələ ilə bağlı saytımıza danışan Respublika kassasının yerli xətlər şöbəsinin əməkdaşı məlumatı təsdiq edərək hazırda Naxçıvandan Bakıya gəlmək üçün biletlərin olmadığını bildirib.

“Bəli, hazırda Muxtar Respublikadan paytaxta gəlmək üçün sentyabr ayının 15-ə kimi bilet yoxdur. Biletlər əvvəlcədən alınıb, hazırda gedib- gələnlər üçün bilet yoxdu. Amma buna baxmayaraq hər gün əlavə reys salınır, bu da bəs etmir. Nəticədə belə vəziyyət yaranır. Vacib məsələlərlə bağlı səfər etmək istəyənlər üçün bu vəziyyət daha pisdir. Çünki, VİP yerlər üçün də bilet yoxdur”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.