haberL haberR
Abu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Abu-Dabi şəhərində keçirilən “IDEX-2015” Beynəlxalq müdafiə sərgisində iştirak etmək məqsədilə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 21-22 fevral 2015-ci il tarixlərində BƏƏ-də işgüzar səfərdə olub

İslamazeri.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, səfər çərçivəsində sərgidə nümayiş olunan fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlıqlara baxış keçirilib, həmçinin sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin uyğun qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.