haberL haberR

Nazir Biləsuvarda vətəndaşları qəbul edib

Kateqoriya: Region Yayımlama tarixi: 20.02.2015 14:19:08

Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Biləsuvar şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, görüşdə H.Bağırovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və 40-dan çox vətəndaşın şikayət, təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa vaxt ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da H.Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.