haberL haberR

Nazir: “İşğal olunmuş ərazilərdəki vəziyyət barədə tam məlumatlıyıq”

Kateqoriya: Hərbi Yayımlama tarixi: 24.06.2015 12:36:12

“Düşmən ordusunda əsgər çatışmazlığı elə həddə çatıb ki, erməni tərəfi Livan və Suriyadan muzdlular cəlb edir”
“Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyət barədə tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır”.
 

İslamazeri.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə etdiyi müraciətdə deyib.

Zakir Həsənov bildirib ki, bunun günahkarı kriminal Ermənistan rejimi, onun başçılarıdır: “Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir”.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.