haberL haberR
Radionun fəaliyyətinin dayanmasının səbəbləri haqda heç bir açıqlama verilməyib.

Azərbaycanda fəaliyyət göstərən Avto FM radiosu fəaliyyətini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda radionun əməkdaşları sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə radio bu gecədən yayımını dayandırıb. Radionun fəaliyyətinin dayanmasının səbəbləri haqda heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Avto FM radiosunun ilk rəhbəri hazırda xaricdə olan jurnalist Elnur Baimov idi. Radio rəsmi olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus idi. 2013-cü ildə fəaliyyətə başlayan bu radionun nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olması haqda xəbərlər yayılsa də, bu E. Baimov tərəfindən təkzib olunurdu.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.