haberL haberR

Nazirlik Azərbaycanda insanların hansı xəstəlikdən öldüklərini açıqladı

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 11.06.2015 12:07:22

Nazirlik: “Azərbaycanda insanlar daha çox bu üç xəstəlikdən ölürlər”
“Dünya ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəblərini qeyri-infeksion xəstəliklər təşkil edir”.
 
Bu sözləri  Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
 
O qeyd edib ki, son 10 ildə Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə qeyri-infeksion xəstəliklərə daxil olan 4 xəstəlik sinifi üzrə xəstələnmə halları nisbətən artıb:
“Anoloji olaraq, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə yoluxma halları var. Xəsələnmənin strukturunda qan dövranı sistemi (ürək-damar), tənəffüs orqanları, endokrin sistemi (şəkərli diabet), bədxassəli yeni törəmələr (xərçəng şişləri) təşkil edir”.
 
Liya Bayramova qeyd edib ki, qeyri-infeksion xəstəliklər səbəbindən ölüm strukturunda 1-ci yerdə - qan dövranı sisteminin xəstəlikləri, 2-ci yerdə bədxassəli yeni törəmələr, 3-cü yerdə isə tənəffüs orqanları xəstəlikləridir.(Modern.az)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.