haberL haberR

Nazirlik bu şirkətin fəaliyyətini dayandırdı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 23.01.2015 18:29:43

Səhiyyə Nazirliyi tərəfindən "Murad Farm" MMC-nə pərakəndə satış əczaçılıq fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb

Səhiyyə Nazirliyindən  verilən xəbərə görə, yanvarın 17-də “Bizim Yol” qəzetində Əhmədli qəsəbəsi, H. Aslanov metrosunun yanında "Murad" aptekdə şübhəli preparatların satışının aparılması ilə bağlı məqalə dərc edilib. Məqalədə göstərilənləri yerində araşdırmaq üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən yanvarın 21-də Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, 2944A saylı məhəllə ünvanında fəaliyyət göstərən "Murad Farm" MMC-nə məxsus (lisenziya nömrəsi 026288, qeydiyyat nömrəsi 1612, verilmə tarixi 06.01.2011) aptek təşkilatında yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı aptekdə satışı aparılan və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilib. Həmçinin, yoxlama zamanı aptekdə reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən olunub. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktına görə, "Murad Farm" MMC-nə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib olunub. 

 

Səhiyyə Nazirliyi tərəfindən "Murad Farm" MMC-nə pərakəndə satış əczaçılıq fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.