haberL haberR

Nazirlik dərman firmalarına qadağa qoydu - Foto

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 30.03.2016 12:29:13

Səhiyyə Nazirliyi dərman firmaları ilə həkimlərin gizli işbirliyinə son qoymaq üçün qadağa tətbiq edib.

Firma nümayəndələrinin xəstəxanalara girişi nazir Oqtay Şirəliyevin tapşırığı ilə yasaqlanıb.

Artıq dövlət və özəl klinikaların girişində bununla bağlı elan vurulub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumatı təsdiqləyib. Nazirlik rəsmisi azvision.az-a açıqlamasında bildirib ki, vahid resept blankının tətbiqinə başlayandan sonra belə bir qadağa qüvvəyə minib.

"Dərman firmaları xəstəxanaya gələrək həkimlərin işinə mane olurdular. İndi isə onlara qadağa qoyulub. Çünki xəstəxanaya xəstə gələ bilər. Vahid resept blankı da məhz bu səbəbdən tətbiq olundu ki, belə halların qarşısı alınsın. Hər kəs öz reseptini gətirirdi və reklam edilirdi. İndi bunun qarşısı alınır. Reklam üçün televiziyalar, informasiya agentlikləri var".

Nazirlik rəsmisi qeyd edib ki, apteklərdə firmalara məxsus reseptlər qəbul edilmir: "Apteklərdə hansısa dərman olmayanda əczaçı onun əvəzedicisini təklif edə bilər. Onların təklif ixtiyarı var. Amma həmin dərmanlar firma dərmanları yox, sadəcə tərkibi eyni olan dərman ola bilər", - deyə Səfayə Əhmədova bildirib.

Qeyd edək ki, dərman firmaları ilə həkimlərin işbirliyi heç kimə sirr deyil. Belə ki, həkimlər onlara müraciət edən xəstələrə razılaşdığı firmalara məxsus dərman pereparatlarını yazmaqla qonorar alırdı. Nazirliyin qadağasından sonra bu halların aradan qaldırılacağı gözlənilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.