haberL haberR
"Volkswagen" müştəriləri aldadır

İslamazeri.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Volkswagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilmişdir.

 

Belə ki, həmin reklamlarda "Volkswagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Polo Sedan – gündəlik ehtiyaclarınızın ən ideal həlli" və "Tiguan – yolda və yolsuzluqda ən etibarlı dostunuz" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunmuşdur.
Bununla əlaqədar həmin avtomobillərin satışını həyata keçirən "Euro Style LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.


Araşdırmalar davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.