haberL haberR

Nazirlikdən oğurluq edənlər tutuldu (Video)

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 19.03.2015 18:02:13

Səhiyyə Nazirliyinin binasında oğurluq faktı qeydə alınıb

ANS TV-nin məlumatına görə, Bakının Nəsimi rayonu, Mir Qasımov küçəsi-1 ünvanında yerləşən Səhiyyə Nazirliyinə məxsus inzibati binada oğurluq edilib. Bildirilir ki, nazirliyin işçisi Şahmuradova Dürdanə Vaqif qızı belə bir cinayətlə üzləşib. Naməlum şəxs onun pul kisəsindən 135 manat pul oğurlayıb qaçmaq istəyən zaman tutulub. Müəyyən edilib ki, qadının pulunu götürərək qaçmaq istəyən 43 yaşlı Süleymanov Vüqar Müsəllim oğludur. O, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Vüqar Süleymanov Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə təhvil verilib. 

Faktla bağlı Nəsimi RPİ-nin 20-ci PB-də araşdırma aparılır. Vüqar Süleymanovun əvvəllər də məhkum olunduğu deyilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.