haberL haberR

Nəcəf və Kərbala arasında dünyanın ən böyük camaat namazı (Foto-Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 12.12.2014 14:51:59 5144 dəfə oxunub.

Ərbəinə gedən milyonlarla müsəlman bu il Nəcəf və Kərbəla arasında dünyanın ən uzun və sıxlıq camaat namazını qılaraq yeni bir rekorda imza atdılar.

İslamazeri.az saytının verdiyi xəbərə görə, Ərbəinə gedən milyonlarla müsəlman bu il Nəcəf və Kərbəla arasında dünyanın ən uzun camaat namazını qılaraq yeni bir rekorda imza atıblar.

İmam Hüseyn (ə) Ərbəinə gedən milyonlarla ziyarətçinin imza atdıqları rekord bununla kifayətlənmir. Eni zamanda ziyarətçilərin bütün xidmətləri  pulsuz olaraq qarşılanıb. İmam Hüseyn (ə) aşiqləri Ərbəində, Nəcəf və Kərbəla arasında 30 km səhədə ən böyük  camaat namazının qılınmağı tarixə yazılıb.

Cammat namazında imam olan Seyyid Əhməd Əl əş-Şakur şərhində belə buyurub: “30 km uzunluğu olan camaat namazı İraqın şiə alimi Ayətullah Sistaninin göstərişləri nəticəsində reallaşıb.  Bu namazı qılmağımızın məqsədi, ruhi və dini dəyərlərin möhkəmləndirməsi, müsəlmanların dini vəzifələrini yerinə yetirməsi  və ciddi davranmasıdır. Eyni zamanda bununla azğın qruplara da ismarıcımızı vermiş olduq. Bu cür namaz bir yenilik idi və inşallah bundan sonra da davam edər və gələcəkdə bu və daha gözəl mənzərələrə şahid olarıq”.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.