haberL haberR

Neftçalada silahlı insident baş verib

Kateqoriya: Region Yayımlama tarixi: 12.01.2016 14:29:11

Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Z.Əliyevdən müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb

Daxili İşlər Nazirliyinin saytına istinadən verilən məlumata görə, yanvarın 11-də Neftçala rayonunun Aşağı Surra kənd sakini Elsevər Rzayev Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün həmkəndlisi Zahid Əliyevin tüfəngin lüləsi ilə onun baş nahiyəsinə xəsarət yetirməsini, habelə açdığı atəşlə onun itini öldürməsini bildirib.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Z.Əliyevdən müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.