haberL haberR

Neftçaladakı həbslərin Nardaran ilə bağlılığı təkzib edildi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 30.11.2015 19:55:53

Neftçalada Nardaran hadisələri ilə əlaqəli 2 nəfərin saxlanılması haqda xəbər yayılmışdı

 İslaminSesi.org-a Neftçaladan daxil olan məlumata əsasən, rayonda tutulan iki şəxsin Nardaranla bağlılığı yoxdur. Neftçaladan mötəbər mənbələr tutulan Nazim Mirzəyev və Mehdi Nağıyevin dindar olmadığını bildirirlər 

Bundan öncə Musavat.com bildirmişdi ki, ötən gün Neftçala rayonunda Nardaran hadisələri ilə əlaqəli 2 nəfər saxlanılıb. MTN və DİN-in birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri olan Nazim Mirzəyev və Mehdi Nağıyev şübhəli şəxs qismində saxlanılıb. İddia edilib ki, axtarış zamanı onların evindən bir ədəd odlu silah aşkarlanıb. İddia olunmuşdu ki, saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər.

 

 

14:45 - Məlumata görə, MTN və DİN-in birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri olan Nazim Mirzəyev və Mehdi Nağıyev şübhəli şəxs qismində saxlanılıb.

Musavat-ın məlumatına görə, hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkarlandığı iddia olunur. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.