haberL haberR

“Neftçi” Avropa Liqası ilə vidalaşdı

Kateqoriya: İdman Yayımlama tarixi: 22.07.2016 10:10:11

Skopyedəki matçın, həm də növbəti mərhələyə vəsiqənin taleyini isə bir qol həll edib.

Avropa Liqasında mübarizə aparan “Neftçi” II təsnifat mərhələsinin cavab oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Makedoniyada “Şkendiya” ilə cavab oyununa çıxıblar.

Bakıda keçirdiyi ilk görüşdə rəqibinin müqavimətini qıra bilməyib, qolsuz bərabərliklə kifayətlənən paytaxt təmsilçisi azarkeşlərini sevindirə bilməyib. Skopyedəki matçın, həm də növbəti mərhələyə vəsiqənin taleyini isə bir qol həll edib.

Belə ki, oyunun ilk yarısında hesabı açan meydan sahibləri qarşılaşmanın sonunadək üstünlüyü əldən verməyib. Bununla da “Neftçi”nin avrokubok mövsümü gələn il UEFA Superkubokunun oyununa ev sahibliyi edəcək “II Filip” stadionunda başa çatıb.

Qeyd edək ki, “Neftçi”yədək Azərbaycanın daha bir klubu – “Kəpəz” də avrokuboklarda mübarizəni dayandırıb.

Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu
21 iyul

“Şkendiya” (Makedoniya) – “Neftçi” (Azərbaycan) - 1:0
Qol: Besart İbraimi, 31
Qırmızı vərəqə: Vançe Şikov, 71
Baş hakim: Erik Lambrekt
Baş hakimin köməkçiləri: Karel De Roker, Co de Veyrdt
Dördüncü hakim: Frederik Qeldhof (hamısı Belçika)
Skopye. “II Filip” stadionu
İlk oyun - 0:0

“Şkendiya”: 1. Kostadin Zahov, 4. Edzon Beytulay, 5. Armend Alimi, 6. Ardian Cuculi, 7. Besart İbraimi, 10. Feran Hasani (k), 14. Maryan Radeski, 18. Stenio Junior, 23. Beşir Demiri, 77. Blaqoja Todorovski, 88. Stefen Vuyiçiç
Ehtiyat oyunçular: 12. Yovanovski, 11. İmeri, 8. Ennur Totre, 19. Boyku, 20. Viktor Yufo, 27. Taip, 33. Polozani
Baş məşqçi: Bruno Akrapoviç

“Neftçi”: 1. Kreşvan Santini, 3. Jayro, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 10. Cavid İmamverdiyev, 21. Aqşin Qurbanll, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elmin Bədəlov
Baş məşqçi: Vəli Qasımov

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.