haberL haberR

"Neftçi" Bakıya qayıtdı; Klub rəsmisi azarkeşlərlə əlbəyaxa olmaq istədi

Kateqoriya: İdman Yayımlama tarixi: 23.07.2016 12:21:55

Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" Bakıya qayıdıb.

Paytaxt klubunu hava limanında 70-ə yaxın azarkeş qarşılayıb.

Ancaq bu qarşılama mərasimi əvvəlkilərdən fərqli olub. Belə ki, komandanın Makedoniyada "Şkendiya" uduzması azarkeşləri özündən çıxarıb və klub rəhbərliyindən haqq-hesab verməyi tələb ediblər.

Məsələ ilə bağlı Sport7.az-a açıqlama verən "Forza Neftçi" fan-klubun rəhbəri Sübhan Əliyev durumu belə izah edib: "Fanatların artıq bezib. Bu tarixi klubla heç kim oynaya bilməz. Biz də insanıq. Cavan yaşda qocalırıq. Kimlərsə çıxıb xalqa cavab verməlidi. Aksiya zamanı komandanın baş məşqçisi Vəli Qasımovu istefaya səslədik. Bundan başqa Müşahidə Şurasında lazımsız adamların getməsini istədik. Eyni zamanda kapitan Araz Abdullayevlə də söhbətləşdik. Onun komandada kapitan olmasını istəmirik".

Bizdə olan məlumata görə, "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov həmin vaxt hadisə yerində olmayıb. Azarkeşlərin qarşısına isə icraçı direktorun müavini Mübariz Xudiyev çıxıb. Azarkeşlərin irad bildirməkdə haqlı olmasına baxmayaraq, klub rəsmisi fanatlarla əlbəyaxa olmaq istəyib. Amma bu, baş verməyib.

Daha sonra isə azarkeşlər etiraz aksiyasının davamı olaraq komandanı hava limanından daşıyan avtobusun qarşısında oturaq aksiya keçiriblər. Sübhan Əliyev onu da bildirib ki, "Forza Neftçi" çempionat oyunlarını komandanı boykot edəcək. Rəhbərlik fanatların istəyini yerinə yetirməyənək "Neftçi" azarkeş dəstəyindən məhrum olacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.