haberL haberR

Neftin qiyməti Kral Abdullahın vəfatından sonra yüksəldi

Kateqoriya: Dünya Yayımlama tarixi: 23.01.2015 17:12:07

Asiya, Avropa və Amerika bazarlarında neftin qiyməti yüksəlib

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının 6-cı kralı Abdullah ibn Əbdüləzizin ölümündən sonra Asiya, Avropa və Amerika bazarlarında neftin qiyməti yüksəlib.

Beynəxlaq xəbər agentlikləri "West Texas Intermediate" xam neftinin Nyu York bazarında 1 barelinin qiymətinin 3.1% artdığını yazır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı "OPEC"-in ən böyük neft istehsalatçısı və ixracatçısı mövqeyindən çıxış edir. Yeni kralın neft siyasətinin necə olacağı neft bazarları tərəfindən maraqla gözlənilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.