haberL haberR

Nepalda daşqın və sürüşmələrdə ölənlərin sayı 33-ə çatdı

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.07.2016 11:09:20

Güclü yağışlar səbəbi ilə baş vermiş sürüşmə və sel nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb
İslamazeri.az-ın AFP agentliyinə istinadən verdiyi xəbərə əsasən, Nepalda güclü yağışlar səbəbi ilə baş vermiş sürüşmə və sel nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
Daha əvvəl də 28 nəfərin həyatını itirdiyi haqda xəbər verilirdi.
Dünyasını dəyişənlər arasında azı 2 uşaq var: Onlar ölkənin paytaxtı Katmandu şəhərində yerləşən məktəbin uçması zamanı həyatlarını itiriblər.
Güclü yağışlar nəticəsində yaranmış sürüşmələr və daşqınlar çərşənbə axşamı gecəsi eyni anda ölkənin bir neçə rayonunda baş verib. Ailələr zərərgörmüş ərazilərdə öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Çay sahilində yerləşən onlarla tikili dağılmaq təhlükəsi altındadır. Yerli hüquq-mühafizə orqanları daşqın baş verən ərazilərə yardım etmək üçün göndəriliblər.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.