haberL haberR

Nəqliyyat Nazirliyinə məxsus düşərgədə yanğın olub

Kateqoriya: Hadisə Yayımlama tarixi: 24.02.2015 11:20:17

Gəncə şəhəri, Kəpəz rayonunda Nəqliyyat Nazirliyinə məxsus “Sevinc” yay istirahət düşərgəsinin ərazisində yanğın hadisəsi baş verib

İslamazeri.az xəbər verir ki, Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı fin tipli evin zirzəmisinin döşəməsi 28 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yay istirahət düşərgəsi hal-hazırda fəaliyyət göstərmir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.