"Nərgiz" QC Hacı Abgül Süleymanov haqda

Mehriban və Bağışlayan Allahın adı ilə. Hər kəs bu dünyada bir məqsəd, bir amalla yaşayar. Kimi sadəcə bu dünyanı, onun səfa və ləzzətini düşünərək sadəcə bu gün yadda qalan işlər görərsə, kimiləri üçün də həyat və hədəf sadəcə bu gün, bu dünya ilə kifayətlənmir. Bu cür insanlardan biri də hacı Abgül Süleymanovdur. Onun həyat fəlsəfəsi, yaşam amallarından biri də özünün dediyi kimi yaşatmaq üçün yaşamaqdır. Və bəzi insanlar var ki, onların həyatdakı məqsədlərinin hədəfində ulu və ülvi bir hiss xidmət durur. Yaradana əsl qulluq və Onun insanlıq üçün göndərdiyi dinin doğru yaşanması və insanlığın kamilliyə çatması ki, bu yol haqqın yolu, imtahanı çox ama sonu əbədi bir mükafatdır. Bu yolun əsas qayəsi isə haqqı bilmək, bildirmək və haqqın yolunda yanında olmaqdır. Eyni zamanda haqqın, haqq səsinin boğulmaması , haqq bayrağının daim zirvələrdə dalğalanması üçün var olmaqdır. Bu kimi haqq yolunun əsgərlərindən, dininə və vətəninə bağlı haqq savaşçılarından biri də hacı Abgül Süleymanovdur ki , özünə Kərbəla qəhramanı imam Hüseyni (ə) örnək götürərək onu həyatının hədəfi seçmişdir. İmam Hüseyn (ə) qanıyla ayaqda duran İslamın, bu məktəbin hədəfini günümüzün gənclərinə çatdırmaqda səylə çalışmışdır. Əslində haqqında daha çox yazmaq istədiyimiz yolu yolumuz olan hacı Abgül qardaşımızın bu gün doğum günüdür. Həyatının 40-cı doğum gününü haqq səsini çatdırdığı üçün məhbusluqda qeyd edən bu Əhlibeyt dostu yeni yaşına qədəm qoyur. Baxmayaraq ki, bu yolda qismətinə vicdan azadlığı məhbusu olmaq və zindanların Yusifi olmaq düşüb, amma bu heç də onu məyus etmir. Çünkü onun yolu Haqqın yolu, davası Allahın dini üçün və örnəyi haqq yolunda eşq şərbəti içmiş Kərbəla qəhrəmanı imam Hüseyndir. Biz də qısa müddətdə tanımağımıza rəğmən tutduğu yolu dəstəkləyənlərdən biri olaraq Nərgiz qadınlar cəmiyyətinin heyət üzvləri olaraq hacını bu yaş günü münasibətilə təbrik edirik. Təbii ki bu gün hər kəsin tək istəyi və duası hacının haqsız yerə zindanda keçirdiyi günlərin bitməsi və bu haqsız məhbusluğun aradan qaldırılmasıdır. İnanırıq ki , tez bir zamanda haqq öz yolunu tapacaq. Allah məzlumun haqqını və Onun dini uğrunda zülmə məruz qalanların haqqını zalımda qoymaz. Bu haqq vəddir. Allah ən böyük qüdrət sahibidir. Bir daha təbrik edirik.
Hörmətlə Nərgiz qadınlar cəmiyyəti
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.