haberL haberR

Nəsibə Zəkzaki Nigeriyadakı olaylardan danışdı: "Əgər zülmə sussaydıq..."

Kateqoriya: İslam Yayımlama tarixi: 25.12.2015 12:34:08

Nigeriya şiələrinin rəhbəri Şeyx Zəkzakinin qızı ölkədə olan son hadisələrlə bağlı açıqlama yayıb

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən,  Nəsibə Zəkzaki bildirib: “Mən müsəlmanam, yalnız müsəlman. Fikrimcə bizi müxtəlif qruplara ayıran adlardan uzaq olmalıyıq. Yalnız bir İslam var, o da Peyğəmbərin (s) gətirdiyidir. Doğurdan da təəssüf doğurucudur ki, bəziləri Zariyada baş verən qətliamı şiələrin qətliamı kimi qələmə verirlər. Sanki biz şiə olduğumuz üçün bizə hücum ediblər. Ölkədə hərəkat yaranandan şiələr kimi sünnülər də zorakılıqla qarşılaşırdılar. Onlarda zindana düşürdülər. Niyə? Çünkü biz xalqımıza olunan zülmə son qoymaq niyyətində idik. Əgər biz də zülmün müqabilində sussaydıq hazır da biz də rahat həyatımızı yaşayırdıq.

Mənim atam heç vaxt özünü hansısa məzhəbin rəhbəri kimi tanıtmadı. O İslam hərəkatını hansısa məzhəbə mənsub bilmədi. Bu hərəkatın hədəfi zülmün müqabilində durmaq idi. Biz Peyğəmbərimizin (s) bizim üçün gətirdiyini həyata keçirmək istəyirik. Vəhdət həftəsinə sayılı günlər qalmışdı. Bu həftə bütün müsəlmanlar bütün ixtilaflarla yanaşı bir-biriləri ilə xoş münasibətdə olurlar. Mənim ötən il şəhid olan 3 qardaşım əhli sünnə olan Fələstin xalqının müdafiəsinə qalxmışdılar. Onlar şiə olduqlarına görə yox, məzlumları dəstəklədikləri üçün şəhid edildilər. Nigeriya hakimiyyəti bundan qorxdu. Çünkü özü də xalqına zülm edir. Belə olmasaydı bizə hücum edib, yaralayaraq qan itirməklə ölümümüzü seyr etməzdi. Baş verənlər şiələrə qarşı deyil, ümumi bir qətliam idi. Hamılıqla buna etiraz etməliyik. İstər müsəlman, istər qeyri müsəlman. Bizi səbəbsiz yerə öldürənlər sizi də öldürə bilərlər. Siz bu məsələyə etiraz etməsəniz bir gün bu bəla sizin də başınıza gələcəkdir. O gün sizi kim müdafiyə edəcək?”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.