haberL haberR

Nəsrullah: 'Türkiyənin İŞİD və 'Nusra Cəbhəsi' terror təşkilatları ilə əlaqələri heç kəsdən gizli deyil'

Kateqoriya: Siyasət Yayımlama tarixi: 17.01.2015 10:30:28

Nəsrullah fikirləri ilə yenidən diqqət mərkəzinə düşüb

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, "Al Mayadin" telekanalına müsahibə verən Livanın "Hizbullah" hərəkatının rəhbəri Seyid Həsən Nəsrullah Türkiyənin İŞİD və "Nusra Cəbhəsi" terror təşkilatları ilə əlaqələrinin olduğunu və sərhədlərini bu qruplaşmaların üzünə açdığını bildirib. 

Seyid Həsən Nəsrullah müsahibəsində bölgədəki vəziyyəti ətraflı şəkildə dəyərləndirərək, Qərbin Suriyada sabitliyi pozma cəhdlərinin uğurlu alınmadığını qeyd edib. İranın İraqa yardımları ilə İŞİD-in irəliləməsinin dayandığını vurğulayan Nəsrullah general Qasim Süleymaninin İraqa köməyə gedən ilk insan olduğunu açıqlayıb.

O, nitqinin sonunda bildirib ki, ABŞ  İraqa yenidən əsgər göndərmək istəyir, amma bunu bacarmayacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.