haberL haberR

Netanyahu fars dilində "Twitter" hesabı açdı - Reaksiyalarla qarşılaşdı

Kateqoriya: Siyasət Yayımlama tarixi: 14.07.2015 15:53:17

İsrail rejimi Baş Nazirliyi fars dilində hesab açıb

İslamazeri.az xəbər verir ki, İsrail rejimi Baş Nazirliyi Vyanadakı nüvə müzakirələri ərəfəsində İran İslam Respublikasına qarşı anti-təbliğat kampaniyasına başlamaq üçün fars dilində yeni "Twitter" hesabı açıb.


Açılan yeni hesabın ilk 'tvit'ində məqsədin İran ictiamiyyətini məlumatlandırmaq olduğu yazılır.
Sözügedən hesabda İrana qarşı yazılar, fotolar və videolar paylaşılmağa başlanıb. Hesabın bu cür fəaliyyəti iranlı istifadəçilər tərəfindən reaksiyalarla qarşılaşıb. 
İran əsilli israilli analitik Meyr Cavidanfər Benyamin Netanyahunun bu addımının əks-effekt verəcəyini söyləyib. 

Vyanadakı nüvə müzakirələri isə artıq müsbət sonluqla başa çatmaq üzrədir. Benyamin Netanyahu isə bu razılaşmanı "tarixi səhv" adlandırıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.