haberL haberR

Netanyahu: "İran İsrailə qarşı 6 cəbhədə döyüşür"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 14.02.2015 10:30:51

Netanyahu İsrailin Baş qərargah rəisi Beni Qantes üçün təşkil olunan vida mərasimində danışıb

İslamazeri.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, sionist İsrailin Baş qərargah rəisi Beni Qantes üçün təşkil olunan vida mərasimində danışan Netanyahu İranın İsrailə qarşı 6 cəbhədə döyüşdüyünü irəli sürüb.

Netanyahu bu cəbhələrin Livan, Suriya, Qəzza və Sina bölgələri, həmçinin İsrailə qarşı terror hücumları təşkil etmək və  nüvə silah əldə etməkdən ibarət olduğunu iddia edib.

Xəbərdə bəzi ərəb rejimlərinin də İsrailin narahatlığını bölüşdüyü və İranın Beyrut, Dəməşq, Bağdad və Sənaya hakim olmasından narahat olduqları qeyd edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.