“NFC” çipinin quraşdırıldığı qızıl üzük istehsal olunub
Kateqoriya: Texnologiya
Yayımlama tarixi: 21.10.2014 11:48:01

Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat verib.
Belə ki, “TSLJ” şirkəti (brend Core Jewels) növbəti həftə dünyanın “Near Field Communication” (NFC) kontaktsız məlumat mübadiləsi texnologiyasının quraşdırıldığı ilk daş-qaşlı “One” üzüyü üçün sifarişlərin qəbuluna başlayacaq.
Qurğunun qiyməti 390 min yen (3670 dollar) təşkil edir. Üzük istifadəçi tərəfindən “Bulud” servislərində şifrlənmiş məlumatlara – məsələn, şəkillərə və videolara daxil olmaq üçün parol əvəzinə istifadə oluna bilər. Bundan başqa, üzükdən “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularda mühafizə edilən məlumatlara çıxış üçün istifadə etmək mümkündür.
Satışa dekabrın 10-da çıxarılacaq üzükdən hazırda elektron ödənişlərin həyata keçirilməsi və ya smartfonun blokdan çıxarılması üçün istifadə qeyri-mümkün olsa da, istehsalçı gələcəkdə bu imkanların daxil edilməsini düşünür.
Məlumat üçün bildirək ki, “NFC” 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş edə (mal və ya xidmətlər, nəqliyyatda gediş haqqı və s.), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər.İCTnyus
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.