haberL haberR

NİDA-çıların vəsatəti təmin edilmədi, aclıq aksiyasına başlanıldı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 20.05.2016 17:53:01

NİDA üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov barəsində olan həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması məsələsinə baxılıb.

Bu haqda onların hüquqlarını müdafiə edən Elçin Sadıqov özünün facebook hesabında məlumat verib.

Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə vəsatətlər təmin edilməyib.

E.Sadıqov bu qərarları əsassız olduğunu qeyd edib. Vəkil bildrib ki, bununla bağlı apellyasiya şikayəti verəcək. O, həmçinin B.Məmmədovun aclıq aksiyasına başladığını bildirib:

“Bayram Məmmədov bildirdi ki, dünəndən Bakı Apellyasiya Məhkəməsinin qanunsuz qərarına və Ombudsmanın işgəncəni gizlədən bəyanatına etiraz olaraq aclıq aksiyasına başlayıb”.

Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.

NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.