haberL haberR

"NİDA" üzvü 4 aylıq həbs edildi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 12.05.2016 15:53:10

Mayın 10-u gecə saatlarındaHeydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılan gənclərdən biri, NİDA hərəkatının üzvü Bayram Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb.
Vəkilin Elçin Sadıqovun BBC Azərbaycancaya bildirdiyinə görə, ittiham sübut olunarsa onu beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Cənab Sadıqov həbs olunan digər gənc Qiyas İbrahimov barədə qərarın bir müddət sonra veriləcəyini də deyib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, çərşənbə günü hər iki gəncin üzərində narkotik maddə aşkar edilib.
Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin, Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan isə 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib.
Vəkil bildirir ki, Bayram Məmmədov məhkəmə zamanı hakimə bədənindəki işgəncə əlamətləri barədə məlumat verib və hakim prokurorluğa bu halı araşdırması üçün göstəriş verib.
"Qulağının dibində işgəncə əlaməti var", vəkil deyir.
Daha öncə NİDA təşkilatından BBC Azərbaycancaya verilən məlumata görə, hərəkatın üzvü Bayram Məmmədov və Qiyasəddin İbrahim adlı gənc mayın 10-u gecə saatlarından yoxa çıxıblar.
Onların Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı iddia olunur.
Sosial şəbəkələrdə yayılan şəkillərə görə, hər il mayın 10-da təntənəli şəkildə Gül bayramı keçirilən Milli Bankın önündə yerləşən parkdakı Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarı yazılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.