haberL haberR

Nigeriya rejimi Zəkzakiyə vəkili və ailəsilə görüşməyə izin vermir

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.12.2015 14:09:13

Nigeriya rejimi ölkənin şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki ilə görüşə məhdudiyyətlər yaradırlar

İslamazeri.az-ın  verdiyi xəbərə əsasən, ölkənin islami hərəkatının rəhbərlərindən olan Həsən Bala bu barədə açıqlama verib. Bu açıqlama İran mediasında yayılıb.

O insanların təbii olaraq Zəkzakinin həyatından narahat olduğunu bildirərək: “Şeyx Zəkzakinin aqibəti barədə konkret bir məlumat yoxdur. Hakimiyyət nə vəkil, nə də ailəsinin belə onunla görüşməsini qadağan edib. Hazırda ondan heç kimin xəbəri yoxdur." deyə danışıb.

Nigeriya ruhanisi Həsən Bala daha sonra deyib: "Xalqımız hər gün küçələrə axışaraq Şeyxin azad olmasını tələb edirlər. Son olaylar bizim ruhiyyəmizi nəinki dəyişmədi, əksinə bizim Şeyx Zəkzakini daha çox dəstəkləməyimizə səbəb oldu.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.